TEZ - TEZ SORUŞULAN
SUALLAR VƏ ƏLAQƏ

Bizi seçməlisiniz,

Çünki bizim haqqımızda əfsanələr danışılır və onlara inanırlar. Konkurentlərlə söhbətdə adımız çəkilir, dostlar qarşısında təriflənirik. Haqqımızda qəzet və jurnallarda yazılara rast gəlinir, radio-televiziyalarda bizim adımız çəkilir, hekayə və romanlarda adlarımız keçir. Müştərilərimiz və dostlarımız arasında çoxlu məşhur şəxsiyyətlərin olması isə əfsanəmiz haqqında təəssüratları gücləndirir! Şirkətimiz öz fəaliyyətinə 2003-cü ildə ilk öncə məhdud imkanlarla ümumişlək ad olaraq “Corian” kimi tanınan akrilik süni mərmər məhsulunu Azərbaycan bazarında ilk satışlarını təşkil etmiş və ilk emalçı atelye yaratmışdır. Qısa zamanda emal etdiyimiz keyfiyyətli məhsul və göstərdiyimiz peşəkar xidmət sayəsində Azərbaycandakı ən müasir standartlarla təchiz edilmiş, suni daş emalı qabaqcıllarından birinə çevrildik. Yüksək elmi savadlı komandamızla ən qəliz projelərin öhdəsindən ən qısa zamanlarda gələrək nəinki özümüz, həmçinin işlədiyimiz şirkətlər də sağlam işimizdən daim zövq almışdır. Zəngin təcrübəmizlə bu günə qədər suni daşın emalı və tətbiqi sahəsində bir çox layihəni uğurla tamamlayıb, görulən işlərin sayını hər gün biraz daha artırmaqdayıq. İstifadə etdiyimiz xammallar siyahısında Dupont Corian, Lotte Staron, LG Hi-Macs kimi brendlər olmuşdur. Acriera hal-hazırda Cənubi Koreyanın Hyundai LC şirkətinin Azərbaycanda ekskluziv distributoru kimi Hanex® və Unex® məhsullarının bir başa idxalçısıdır. Çoxillik təcrübəmiz və geniş imkanlarımızdan yararlanmaq üçün bizimlə əlaqə yaratmağınız kifayətdir.

Digərlərindən fərqli olaraq istər təbii istərsədə digər təsirlərə qarşı daha dözümlüdür.Yanmayan tərkibə malikdir. Məsaməsiz olduğundan və izsiz birləşdiyindən səthində kif, göbələk və çirkin yığılması mümkünsüzdür. Cızıq və qırıqlar yerində təmir edilə bilir.Tərkibindəki Akril qatran və minerallar digər materiallar kimi radiasiya yaratmaz. Yüngüldür və baxımı asandır.

Akrilik daş 300 dərəcəyə qədər qızdıqda belə yanmayan materialdır.

Gündəlik istifadə zamanı hər materialda olduğu kimi akrilik daş da cızıla bilər, ancaq istifadə və baxım təlimatlarına əməl edildiyi təqdirdə, uzun illər etibarla istifadə etməyiniz mümkündür.

Gündəlik istifadə sonrası meydana gələ biləcək cızıqlar, çatlaqlar, hətta qırılmış olan hissələr, təzgahınız sökülmədən yerində izsiz olaraq bərpa olunur.

Əlaqə

Əməkdaşlıq üçün əlaqə məlumatları: