Eviminizin ən çox sevdiyimiz və ən çox istifadə olunan yerlərindən biri olan vanna otaqlarında adətən mebel üçün ayrılan sahə kiçik olur. Sırf buna görədə bu sahə üçün hazırlanacaq mebellər gözalıcı və rahatlığı ilə yanaşı həmdə kiçik və funksional olmalıdır.
Mətbəx və hamam otaqlarında istifadə olunan akril moydadırlar günü gündən daha çox populyarlıq qazanır. Buna səbəb onun unikal tərkibidir. Görkəminə görə tərkibində akril qatranı ilə birgə mramor, mikroelementlər, kvars dənəcikləri, şüşə və digər maddələr ola bilər.
- Akril moydadırların xarakteristikası:
- Sərtlik və yüngüllük
- Rütubətə davamlılıq
- Yüksək temperatura davamlılıq
- Zərbəyə davamlılıq
- Gigiyenik özəlliyi
Və digər müsbət cəhətləri ilə yeganə seçim halına gələn akril moydadırları hazır və özəl sifarişlər şəklində şirkətimizdən əldə edə bilərsiniz.