fbpx
logo

Termoforminq

Termoforminq xüsusiyyəti akrilik süni mərmər üçün əsas xarakterik göstəricilərdən biridir.

Bəs termoforminq prosesi nədir?

Termoforminq prosesi adından da görsəndiyi kimi termik təsir nəticəsində materialın müxtəlif formalara salınmasıdır. Akrilik süni mərmərin geniş istifadə metodlarından biri olan termoform prosesi, düz detalı əyməklə dizayn elementləri yaratmğa imkan verir, bu isə o deməkdir ki, çətin memari məsələlər üçün yeni innovativ həll üsulu mövcuddur. Alternativ materiallarla eyni elementlər çətin və ekonomik cəhətdən əlverişsiz olduğuna görə bütün dünyada termoform materialı olaraq akril (Cretek®, Corian®, Hi-Macs®)materialı ilk seçim halına gəlmişdir.

Akril materialı əsasən 180 – 200 dərəcədə əyilir və qəliblər vasitəsilə müxtəlif formalara salınır.

Bu prosesin özünəməxsus çətinlikləri olduğu üçün məsələyə daha professional yanaşma lazımdır. Termoform aparatı, düzgün hazırlanmış qəliblər, təcrübəli mütəxəssis kimi tələbləri olan bu prosesi biz artıq uzun illərdir ki, Azərbaycan ərazisində reallaşdırırıq. İşinizi bizə həvalə etməklə, 5 il qarantiyalı məhsulla yanaşı layihənin daha düzgün və daha münasib qiymətə reallaşmasını təmin etmiş olarsınız.

Comments are closed.