fbpx
logo

Tag : Antibakterial

26 Окт 2015

Təzgahçılıq

Acriera – Təzgahçılıq Çoxşaxəli fəaliyyəti icra edən şirkətimiz mətbəx təzgahlarından duş paddonlarına, mebeldən işıqlandırmaya eyni zamanda dizayn və tətbiqdə də müştərilərimizə ən yaxşı xidməti təqdim etməkdədir. Akril təzgahlar evlərdə,  laboratoriyalarda, xəstəxanalarda, otel, butik, restoran və kafelərdə qısacası cəmiyyətə açıq olan hər yerdə son dərəcə gigiyenik bir səth vəsaiti olaraq geniş istifadə edilir. Akril təbəqənin elastikliyi, gözoxşayan rəng və teksturası, yarı-şəffaf, eyni zamanda yenilənə bilən quruluşu, gigiyenik və ləkə tutmayan səthi onun təmizliyi və baxımını asanlaşdırır, memari fikir və ideyalarınızı reallığa […]

26 Окт 2015

Duş Paddon

Duş Paddonları – Acriera Akril materialdan həmçinin duş kabin paddonları da hazırlanır. Keyfiyyət baxımından bütün suallara müsbət cavab verən akrilik duş kabin paddonları həm də estetik baxımdan çox uyğun bir seçimdir. Çünki hazır məhsullarla birgə otağın ölçüləri nəzərə alınmaqla paddon individual olaraq da hazırlana bilər. Akrilik duş kabin paddonlarının bəzi özəl cəhətləri: Sərtlik. Rütubətə davamlılıq. Yüksək temperatura davamlılıq. Zərbəyə davamlılıq. Gigiyenik özəlliyi. Müəyyən ölçülərə uyğun hazırlanma imkanı. Bu göstəricilər akrilik materialın evinizdə necə önəmli bir seçim olduğunu bir daha təsdiqləyir.

25 Окт 2015

Lavabo

Lavabo – Vanna Otağı Hamam və mətbəx lavaboları nəinki xarici görkəm, həmdə hazırlandığı material baxımından da fərqli ola bilər. Əldə etməmişdən öncə daimi istifadə zamanı təsirlərə qarşı nə qədər dözümlü olacağı barədə çoxlu suallar yaranır. Qaynar suya qarşı nə dərəcədə dözümlü olacaq? Çirk və çay ləkələri tərkibinə keçəcəkmi? Təmizləyici vasitələr işlətmək olarmı? Daimi qab zərbələrindən sınma ehtimalı varmı? Akril lavabonu digər məhsullardan fərqli edən cəhətləri sadaladığımız suallara müsbət cavablar verməsidir. Üstəgəl antibakterial tərkibi özünə heç bir bakteriyanı çəkib saxlamaz.

24 Окт 2015

Divar Üzləmə

Həm sadə həm də orijinal. Təəccüblü xətlərə sahib, amma son dərəcə zərif sadəliyi və funksionallığı bir arada təqdim edən bütöv bir üsul 3D panellər üçün xüsusi bir özəllikdir. 3D panellər ölçülərindən və çətinliyindən asılı olmayaraq istənilən bir səthə montaj edilə bilər. İşıq keçirmə özəlliyinə malik olması onu oniks tipli təbii daşlardan daha mükəmməl edir. Sürtünmə və təbii təsirlərə qarşı yüksək davamlıdır. Avtomatik maşınla oyma (CNC) texnologiyası sayəsində istənilən fiqurun tətbiqi mümkündür. Akrilik məmulatdan hazırlanan panellər digər materiallarla da gözəl uyğunluq […]

24 Окт 2015

Tibb Mərkəzləri

Akril məmulat heç bir şəkildə sağlamlığa zərəri olmadığı kimi tərkibindəki təbii minerallar ətraf dostu olub, səhiyyə sahəsində də istifadə edilməkdədir.Akrilik daşdan hazırlanmış məhsul, gigiyenik xüsusiyyəti ilə xəstəxanaların mikroblardan təmizlənmiş mühitinə daha isti bir görünüş qatar. Təbii rəngləri və yumşaq görünüşü sayəsində gərək xəstələrin, gərəksə müəssisə personalının əhvalına müsbət təsir edər.