Akrilik daş yanarmı?
Akrilik daş 300 dərəcəyə qədər qızdıqda belə yanmayan materialdır
Akril daş cızılırmı?
Gündəlik istifadə zamanı hər materialda olduğu kimi akrilik daş da cızıla bilər, ancaq istifadə və baxım təlimatlarına əməl edildiyi təqdirdə, uzun illər etibarla istifadə etməyiniz mümkündür.
Akril təzgahlarda cızıq və qırılmalar təmir edilə bilinirmi?
Gündəlik istifadə sonrası meydana gələ biləcək cızıqlar, çatlaqlar, hətta qırılmış olan hissələr, təzgahınız sökülmədən yerində izsiz olaraq bərpa olunur.
Akril daşın mərmər, qranit və tökmə mərmərdən fərqi nədir?
Digərlərindən fərqli olaraq istər təbii istərsədə digər təsirlərə qarşı daha dözümlüdür.Yanmayan tərkibə malikdir. Məsaməsiz olduğundan və izsiz birləşdiyindən səthində kif, göbələk və çirkin yığılması mümkünsüzdür. Cızıq və qırıqlar yerində təmir edilə bilir.Tərkibindəki Akril qatran və minerallar digər materiallar kimi radiasiya yaratmaz. Yüngüldür və baxımı asandır.