fbpx
logo

Cretek® by Acriera

  • Acriera

    Cretek® - Ekonom ve ekstra sinif material

CRETEK-LOGO-RIGHT500x232

Cretek® markası ACRIERA® şirkəti tərəfindən yaradılmış akrilik süni mərmər materialıdır. Hal hazırda Cretek® Koreyada ən müasir texnologiyalarla təchiz olunmuş fabrikada istehsal olunmaqdadır.

Yüksək keyfiyyətli 100% akril kompozitindən, rəng pigmentlərindən və təbii qatqılardan istifadə olunan material öz xarakteristikasına görə (plastiklik, partiya arası rəng fərqliliyi, səthdə daha yüksək həndəsi dəqiqlik və s. kimi) Corian® Staron® Hi-Macs® daxil olmaqla bütün analoqlarını geridə qoyur.

Azərbaycan bazarında tanıdılmış akril əsaslı səthlər hər hansı bir brendə və ya markaya arxalanaraq - yüksək qiymətə təklif olunmalıdır – stereotipini aradan qaldıran Cretek® öz rəng seçimlərilə də bir addım daha öndədir.

Cretek® – Tərkibcə İdealdır.

Aliminium, rəng pigmentləri və təbii (Qum, mərmər, oniks və s.) maddələrin düz, sıxlığıçox və sərt səthli kimyəvi polimer birləşməsidir. Bəli, onun polimer olmasını xüsusilə vurğulamaq olar, çünki monomerdən fərqli olaraq, polimer sonradan heç bir digər maddəyə çevrilmir. Sıxlığının çoxluğu və səthinin ideal düzlüyü sonradan onun üzərində göbələk, yağ, çirk, bakteriya yığını yaranmasının birmənalı qarşısını alır. Buna görədə mətbəx və hamam otaqlarında çirklənmə və pis iylərdən birdəfəlik azad olunacaqsınız.

Al

Cretek® - Qulluğu sadə materialdır.

Səthi sabunlu su ilə rahat yuyula biləndir. Hətta siz təsadüfən səthi zədələmiş olsanız belə, narahat olmağa dəyməz, çünki Cretek® bərpa oluna bilən materialdır. Rəngli dənəciklərin bütün qalınlıq boyu olması, üz qatı cilovladıqda belə yeni görkəminin daim qorunmasına və ilk günkü halının qaytarıla bilməsinə şərait yaradır. Bu isə onun uzun ömürlülüyünə zəmanətdir!

clean-counters

Cretek® – və yapışdırıcısı izsiz birləşmə imkanı yaradır.

Detal birləşmələri çox incə və sərt olduğuna görə, birləşmə yeri bilinmir və həmin yerə hər hansı plastik, xrom və ya metal birləşdirici qoymağa ehtiyyac duyulmur. Yapışdırıcısı akril tərkibində olduğuna görə həmin yerdə ləkə və göbələk yığılması mümkün deyil.

glue-hi-macs

Cretek® - Termoform materialıdır.

Həm interyerdə, həm də eksteryerdə istifadə oluna bilməsi, Cretekin nə qədər uğurlu olmasının daha qabariq əksidir. Plastik xüsusiyyəti, onun qəliblər və vakum vasitəsilə istənilən formaya salınmasına xidmət edir. Buda dizayn elementləri və ya hər hansı bir ekskluziv model yaratmaq istəyinə çərçivəsiz imkanlar yaradır. Qisaca olaraq imkanlar – xəyallarınızla məhdudlaşır.

termoform

Cretek® – Ekoloji təhlükəsiz materialdır.

Tökmə mərmər və ya təbii qranitdə olduğu kimi səthdən heç vaxt ziyanlı zərrəciklər, şualar ayrıla bilməz. Tibb sahəsində işlənən materiallar antibakterial əsaslı olmalıdır. Akril səthlər isə bu xüsusiyyətilə bütün dünyada qəbul olunmuş normaya sahibdir. Qeyd olunmalıdır ki, keyfiyyətli akrilik səth yanmayan materialdır, yüksək tempraturda alovlanmadan və zərərli qazlar ayrılmadan sadəcə qarala bilər.
Cretek® tərkibi toksik olmadığını və gigiyenikliyini sübut etmək üçün ciddi sınaqlardan keçmiş, nəticədə NSF-51 sertifikatı almışdır.

nsf-51

Cretek® – Azərbaycanda bir nömrəli ən çox istifadə olunan materialdır.

Memar, dizayner və gələcək sahibininin həm rəng, həm keyfiyyət, həm də qiymət baxımından seçə biləcəyi ən optimal akrilik səthdir. Günümüzdə istifadə olunan ağac, şüşə, daş, keramika, metal və s. kimi materiallarla uyğunlaşdırmaq çox sadədir. Azərbaycanda bir çox korporativ və fərdi müştərilərin rəğbətini qazanmış Acriera® şirkətinə qoşulmaq, Cretek® işçiliyi, nümunələri, xammalı, işçilikdə tələb olunan təchizatı əldə etmək və tərəfdaşımız olmaq üçün səhifə sonunda göstərilən əlaqə vasitələri ilə əlaqə yaratmanız kifayətdir.

HF_Icon_Speciality_Economy

Gündəlik olaraq bizi izləmək, yeniliklər əldə etmək, kampaniyalarımızdan xəbərdar olmaq və əməyimizi qiymətləndirmək üçün facebookinstaqram səhifəmizi bəyənmənizi xaiş edirik.

Cretek rəng seçimləri

Daha çox rənglə tanış olmaq üçün linkə keçin.