fbpx
logo

Hamam Vannası

Hamam Vannası

Yüksək keyfiyyətli polimer materialların birləşməsi sayəsində akrilik hamam vannaları 10 və daha çox il öz keyfiyyətini dəyişməz olaraq saxlayır . Düzgün istifadə təlimatlarına əməl etdikdə isə 50 il sonra belə sahibinə xidmət etməyə davam edir.

Çirkləndiyi hallarda rəng dəyişikliyi müşahidə edilsə belə xırda dənəvər təmizləyici ilə asanlıqla təmizlənə bilir ki, bu hal materialın ən üstün cəhətlərindən biridir.

Bundan başqa bir neçə müsbət cəhətlərini də sadalamaq mümkündür:

  • Sərtlik: Hər hansı ağır bir şey düşdükdə çuqun səth zədələnə bildiyi halda, akril səth zədələnməz.
  • Görkəm: Digər məhsullardan fərqli olaraq, xarici görkəm seçimlərinin qeyri məhdud olması
  • Təmizlik: Əlavə heç bir yuyucu vasitəyə ehtiyac olmadan rahat təmizlənməsi.
  • İstilik saxlama: Olduğu məkanın temperaturunu götürmə qabiliyyəti ilə yanaşı, isti suyu öz temperaturunda saxlama qabiliyyəti çox yüksəkdir.
  • Rəngini qoruması: Akril məmulatın hazırlanma texnologiyasının mürəkkəbliyi onun hələ qatran halında olarkən öz rəngini alması xüsusiyyətini ortaya qoyur, buda onun rəngini heç zaman itirməməsinə dəlalət edir.
  • Antibakterial: Hazırlama prosesi, akril polimeri materialının son vəziyyətini yüksək səviyyəli antibakterial məmulat edir. Bu səbəbdəndə günümüzdə tibb sahəsində əksərən akril materialının müxtəlif variasiyaları istifadə olunur.

Comments are closed.