fbpx
logo

Akril İşıqlandırma

Acriera – Akril İşıqlandırma

Modern dizaynda işığın idarə olunması memar və dizaynerlər üçün yeni imkanlar açılması deməkdir. Əgər mövzu modern dizayn, innovasiya ve işıqlandırmadan  ibarətdirsə mütləq ki optimal həll üsulu akrilik səthlər olmalıdır.  Dupont Corian®, LG Hi-Macs® kimi istehsalçıların hər birinin özünəməxsus işıqkeçirən seriyaları vardır. Hər bir məkan dizaynı üçün yarı işıq keçirici  müxtəlif rənglər mövcuddur ki, bu da interyerdə fərqlilik və xüsusilik üçün yeni imkanlar deməkdir.

İşıqkeçirmə qabiliyyətinə malik akril daş vasitəsilə, dekorasiyada xüsusi və heyrətləndirici məkanlar yaratmaq istəyənlər üçün qeyri-adi, innovativ və professional həllər təqdim etməyimiz, bizi daim öndə aparan səbəblərdən biridir.

Comments are closed.